Xəbər lenti

Azərbaycan Ali Məhkəməsi Ukraynanın sabiq nazir müavini ilə bağlı qərar verdi
Ölkə 18:14 17.03.2026

Azərbaycan Ali Məhkəməsi Ukraynanın sabiq nazir müavini ilə bağlı qərar verdi

Azərbaycanda xuliqanlıqda və dələduzluqda ittiham olunaraq həbs edilən Ukraynanın sabiq nazir müavini Konstantin Kuçer barəsində təqsirləndirilən və zərərçəkən tərəfin verdikləri kassasiya şikayətləri təmin olunmayıb.

"Report"un məlumatına görə, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Həmçinin iclasda prokurorun kassasiya protestini də geri götürdüyü bildirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb.

Daha sonra həm Oleq Krapivin, həm də Konstantin Kuçerə amnsitiya aktı şamil olunub. Belə ki, amnistiya aktı ilə Oleq Krapivin şərti cəzadan azad edilib, Konstantin Kuçerin cəzası isə 6 ay azaldılıb.

Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, "Aviazapçast" ASC və "Promışlennie Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.

İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.

Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Konstantin Kuçer Ukraynada nazir müavini və digər yüksək vəzifələrdə çalışıb.


--> -->