Ölkə 17:45 16.02.2021

Nazir idarə rəisini işdən çıxardı

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb.

"Report”un əldə etdiyi məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramiz Quliyev öz ərizəsi ilə işdən azad edilib.

Onun yerinə təyinat hələlik yoxdur.