Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Azərbaycanda bu gün 17 623 nəfər vaksinasiya olunub.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 455, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 168 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 795 049, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 030 831, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 764 218 nəfər təşkil edir.
Şərhlər