“Neftçi”dən yeni transfer

“Neftçi”dən yeni transfer

"Neftçi” növbəti transferini həyata keçirib.

Qaynarinfo xəbər verir ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb.

28 yaşlı hücumameylli yarımmüdafiəçi bu komandanın heyətində 7 nömrəli formanı geyinəcək.

Xorxe Korrea Argentinanın "Veles Sarsfild” (2010-2018), "Defensores de Belqrano” (2012-2013) və Portuqaliyanın "Maritimu” (2018-2021) klublarında çıxış edib. O, 2013-cü ildə "Veles Sarsfild”lə Argentina superkubokunu qazanıb.
XƏBƏRLƏR
BLOGLAR
X