Ölkə 11:06 19.09.2021

Vilayət Eyvazovdan yeni kadr təyinatı

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik leytenantı Rübail Valehov təyin edilib.

Qeyd edək ki, R.Valehov bundan öncə Kəlbəcər rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzisində çalışıb.