İdman 17:27 15.10.2021

Millinin baş məşqçisi istefa verdi

Paraqvay millisinin baş məşqçisi Eduardo Berizzo postundan gedib.

Qaynarinfo xəbər verir ki, bu barədə Paraqvay Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ötən gün Boliviyaya böyük hesabla (0:4) məğlub olan Paraqvay millisi Cənubi Amerika zonası üzrə seçmə mərhələdə 12 oyundan sonra 12 xalla 8-ci pillədə qərarlaşıb.
 
Səbuhi Həsənov