Ölkə 12:58 22.10.2021

DİN şəhid xanımının öldüyü qəzanın təfərrüatını açıqladı

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun xanımı) idarə etdiyi "Ford” markalı avtomobili aşırıb.

Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.