Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 585 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib, aktiv xəstə sayı 26 252 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 369, ötən müddət ərzində isə ümumilikdə 5 521 070  test aparılıb.
 
Bir gündə koronavirus (COVID-19) əleyhinə 26 530 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 406, "buster” doza üzrə vaksinasiya olunanların sayı isə 19 113 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 559 863, "buster” doza üzrə vaksinasiya olunanların sayı isə 852 512 təşkil edir.

XƏBƏRLƏR
BLOGLAR
X