Ölkə 22:46 02.12.2021

Tofiq Yaqublu prokurorluğa çağırıldı

Tofiq Yaqublu Səbail Rayon Prokurorluğuna çağırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi Feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, atası sabah saat 11-də Səbail Rayon Prokurorluğuna vəkil Nemət Kərimlinin şikayəti əsasında ifadə verməyə çağırılıb.

"İfadə verdikdən sonra gözünü müayinə etdirmək üçün xəstəxanaya gedəcəyik”, - N.Həzi qeyd edib.