Ölkə 18:53 03.12.2021

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 593 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 560 999 nəfər müalicə olunaraq sağalıb, 7929 nəfər vəfat edib, aktiv xəstə sayı 24 660 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 211, ötən müddət ərzində isə ümumilikdə 5 578 401 test aparılıb.
 
Son sutkada koronavirus (COVID-19) əleyhinə 34 841 vaksin vurulub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 077 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 25 846 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 639 817, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 091 569, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 583 569 nəfər təşkil edir.

Ümumilikdə isə 964 613 buster doza vurulub.