Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 406 yeni yoluxma faktı qeydə alınıb, 1 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 594 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 562 786 nəfər müalicə olunaraq sağalıb, 7 947 nəfər vəfat edib, aktiv xəstə sayı 24 261 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 869, ötən müddət ərzində isə ümumilikdə 5 591 270 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 35832 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5346 , buster doza üzrə vaksinasiya olunanların sayı isə 26597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10675649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5095524, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4588915, buster doza üzrə vaksinasiya olunanların sayı isə 991210 təşkil edir.
XƏBƏRLƏR
BLOGLAR
X