Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1394 yeni yoluxma faktı qeydə alınıb, 1791 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkadan 20 nəfər COVID-19-dan dünyasını dəyişib.
 
Bir gündə koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 363, "buster” doza üzrə vaksinasiya olunanların sayı isə 19 959 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 707 988, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə 4 593 278 nəfər təşkil edir. Ümumilikdə isə 1 011 169 "buster” doza vurulub.

XƏBƏRLƏR
BLOGLAR
X