Ölkə 08:46 08.12.2021

Azərbaycanın tanınmış alimi vəfat etdi (FOTO)

Azərbaycanın tanınmış etnoloqu, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla "Facebook" səhifəsində yazıb:

"Dəyərli dostumuz, müsavat irsinin görkəmli tədqiqatçısı və alimi Aydın Balayev haqq dünyasına qovuşdu".

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub.
Allah rəhmət eləsin!