Bu il uşaqlara ən çox qoyulan adlar (SİYAHI)

Bu il uşaqlara ən çox qoyulan adlar (SİYAHI)

"Gülünc adların, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub".

Qaynarinfo xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır: "Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var. Belə ki, doğulan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları qoyulub. Uşaqlara adlar qoyulan zaman onların mənbəyinin və məzmununun araşdırılmasına xüsusi diqqət edilir".

XƏBƏRLƏR
BLOGLAR
X