Dünya 08:48 18.01.2022

Meksikada daha bir jurnalist qətlə yetirildi

Meksikalı jurnalist Marqarito Martines Eskivel qətlə yetirilib.

Qaynarinfo jurnalistin çalışdığı "Cadena Noticias” nəşrinə  istinadən xəbər verir ki, Eskivel Tixuanadakı evinin qarşısında güllələnərək öldürülüb.

Polis qətllə bağlı araşdırmaya başlayıb, lakin hələlik bu məsələ ilə bağlı rəsmi mövqe yoxdur.
 
Qeyd edək ki, 2021-ci ildə Meksikada yeddi jurnalist öldürülüb. Bu dünyanın istənilən ölkəsinə nisbətən ən yüksək rəqəmdir.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?