2030-cu ilədək bu xəstəliyin əlacı tapılacaq

2030-cu ilədək bu xəstəliyin əlacı tapılacaq

BMT mütəxəssisləri əmindirlər ki, 2030-cu ilədək QİÇS-in əlacı tapılacaq. Dərman axtarışı prosesini sürətləndirmək üçün 2020-ci ilin sonunadək 30 milyard dollar lazımdır.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bütün dünyada QİÇS probleminin həlli ilə məşğul olan UNAIDS proqramının ekspertləri belə hesab edirlər ki, bu xəstəlik 2030-cu ilədək tamamilə ləğv edilə bilər. Onların əldə etdikləri məlumata görə, yaxın vaxtlarda QİÇS bəşəriyyət üçün təhlükə törətməyəcəkdir. Ekspertlər qeyd ediblər ki, virusla mübarizənin sürətləndirilməsi üçün əlavə maliyyələşdirmə lazım gələcəkdir.

Ən azından 2020-ci ilin sonunadək tədqiqatları davam etdirmək üçün təqribən 35 milyard dollar lazımdır. Alimlər bildirirlər ki, tədqiqatların müsbət nəticələri həyatı qorumağa və milyonlarla insanların bu xəstəliyə yoluxmasına yol verməməyə imkan yaradacaqdır. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR