28 milyard dollarlıq bitkoinlərin sahibləri niyə çarəsiz qalıblar? (VİDEO)

28 milyard dollarlıq bitkoinlərin sahibləri niyə çarəsiz qalıblar? (VİDEO)

1 bitkoinin qiyməti bu yaxınlarda 40 min dolları keçmişdi. bu isə o deməkdir 25 bitkoini olan şəxs 1 milyon dollara sahibdir. Ancaq bu kriptovalyutanı alan zaman verilən şifrələri çoxlu sayda insan itirdiyinə görə hazırda 28 milyard dollarlıq bitkoinin sahibi həmin vəsaitdən məhrum qalıblar. "XəzərXəbər" məsələni ekspertlərlə araşdırıb.

Ümumi dəyəri 140 milyard dollar olan bitkoinlər elektron portmanatlarda yerləşirlər. Lakin problem ondan ibarətdir ki, həmin portmanatların sahibləri onlara daxil olmaq üçün nəzərdə tutulmuş şifrləri itiriblər. Nəticədə dünyada hazırda 28 milyard dollarlıq bitkoinlərin sahibləri indi həmin məbləğləri əldə edə bilmirlər.

Qlobal maliyyə bazarı üzrə ekspert Sərxan Qurbanlı deyir ki, ümumiyyətlə bütün kriptovalyutalar şifrə ilə qorunduğuna görə onları alan şəxslərin məxfi ardıcıllığı itirmək təhlükəsi həmişə var.

Blokçeyn texnologiyası üzrə ekspert Qurbanəli Ömər bildirir ki, belə halların baş verməməsi üçün bitkoin alan şəxslər şifrləri güvənli yerlərdə saxlaya bilərlər. Bunun üçün müştəri ona şəxsən xidmət göstərməklə birbaşa tanıyan şirkətlərin xidmətlərindən faydalanmalıdır.

Mütəxəssisin sözlərinə görə, bitkoin qiymətləri hər 4 ildən bir dəyişir. Artıq 2020-ci ildə böyük dəyişiklik baş verdi və bu kriptovalyutanın dəyəri 40 min dolları ötdü.

Ancaq ekspert onu da qeyd edir ki, pandemiya zamanı bir sıra ənənəvi sahələrdə böyük geriləmə olduğuna görə bitkoin qısa zamanda böyük dəyər qazandı. Əgər pandemiya qısa zamanda yox olarsa, onda ənənəvi sahələr yenidən canlanacaq və bitkoin qiymətlərində bir müddət ciddi ucuzlaşma da müşahidə oluna bilər. Onu da bildirək ki, bitkoin sayı məhdud olan onlayn kriptovalyutadır. Onu alarkən şəxslərə ancaq xüsusi şifr təqdim olunur və nağdlaşdırma zamanı həmin şifrdən istifadə olunur. (Xəzər TV)

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR