3 futbolçu milli komandadan kənarlaşdırıldı

3 futbolçu milli komandadan kənarlaşdırıldı

Macarıstan milli komandası Azərbaycan və Uelslə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün heyətində dəyişiklik edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin futbol ittifaqının rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, yığmanın baş məşqçisi Marko Rossi 3 futbolçunun xidmətinə ehtiyac görməyib. Bunlar "Debretsen"dən Adam Bodi, "Honved"dən Daniel Qazdaq və Qazaxıstan "Kayrat"ından Marton Eppeldir. 

Komandanın daha 4 üzvü - ABŞ "Sportinq Kanzas"ında çıxış edən Barat Botond ilə Kristian Nemet, həmçinin Almaniya "Leyptsiq"indən Peter Qulaşi və Villi Orban yığmanın düşərgəsinə iyunun 2-də qoşulacaq. Futbolçuların klubları onlara yalnız həmin vaxtda komandadan ayrılmağa icazə verib. 

Millinin kapitanı Tamaş Kadar isə zədəlidir. Ukraynanın "Dinamo" (Kiyev) klubunda çıxış edən müdafiəçi yığmanın düşərgəsində fizioterapevt nəzarəti altında bərba prosesi keçir. 

Baş məşqçi Marko Rossi hazırda bu qədər futbolçunun komandada olmaması səbəbindən cəmi 3 oyunçunu ixtisara sala bildiklərini vurğulayıb. 55 yaşlı mütəxəssis bildirib ki, Bakıya kimlərin gedəcəyi növbəti həftə müəyyənləşəcək. 

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də Bakıda, Uelslə isə iyunun 11-də Budapeştdə üz-üzə gələcək. Bu oyunlar üçün hazırlıq prosesi mayın 27-də başlanacaq. 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR