İdman 14:22 17.07.2020

"Neftçi"nin yeni transferi komandaya qoşuldu - Klubdan açıqlama

Avropa Liqasına hazırlaşan klublarımızdan biri də "Neftçi"dir. 

Paytaxt təmsilçisi də sərt karantin rejiminə görə Bakıdan uzaq düşüb hazırlıqları Qəbələdə davam etdirir. 

Klubun mətbuat katibi Rüstəm Allahverdiyev Sport7.az-a açıqlamasında komandanın hazırlıq planından bəhs etdi. 

"Neftçi" rəsmisi bildirdi ki, "Komanda Qəbələdə hazırlıqları davam etdirir. Təbii ki, yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub. Hələki sakitçilikdir. Komanda məşqləri davam etdirir. "Neftçi"dən gedənləri də, gələnləri də açıqlayırıq. Komandaya yeni cəlb olunan nigeriyalı futbolçu Yusuf Laval da artıq Azərbaycana gəlib. Dünən axşam saatlarında Qəbələyə gedən futbolçu artıq komandaya qoşulub". 

Röya Kərimli