XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü (FOTO)
Ölkə16:21 26.09.2026

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda "Formula 1" yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.

Azərbaycanın turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı.

Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edildi, tərəfdaşlığın perspektivləri müzakirə olundu.