Dünya 17:10 30.10.2020

300 min illik insan kəlləsində odlu silah izi: Alimlər şokda

Zaman-zaman tapılan artefaktlardan bəziləri o qədər qeyri-adidir ki, bu cür tapıntıların mənşəyi barədə nə cavab verəcəyini bilməyən çoxsaylı elm adamlarını dalana dirəyə bilir. Qalaktik disk, milyonlarla illik çəkic, qəribə tikililər... Bu cür tapıntılar tariximizin heç də qəbul edildiyi kimi olmadığını göstərir...


Qaynarinfo bu məqalədə sirrinin bir çox arxeoloqları, tarixçiləri və elm adamlarına rahatlıq verməyən, üstündə olan güllə dəliyinin mənşəyini ağılla izah etməyə çalışdığı "Rodeziya kəllə"si mövzusuna toxunmaq istəyiik. Bəlkə də hər şeyi normal qəbul etmək olardı, məsələ ondadəır ki, kəllənin yaşı təxminən 300.000 ildir, bəs əcdadlarımız bu tip silahlara necə sahib ola bilib? Və ən əsası, axı həmin dövrdə planetdə hələ insanların olmadığı elmə məlumdur.


Artefaktın özü 1922-ci ildə Zambiyanın mərkəzində yerləşən Kabve şəhəri yaxınlığında bir mədənçi tərəfindən tapılib. Əvvəlcə onda qəribə bir şey görməyiblər, amma araşdırıldıqdan sonra bir güllə dəliyinə çox bənzəyən bir çuxur tapılıb. Məsələ budur: kəllənin sol tərəfində qeyri-adi kiçik bir dəlik var. İdeal yuvarlaq formaya malikdir. Başlanğıcda tədqiqatçılar bunun bir nizə və ya başqa bir iti alətin işarəsi olduğuna inanırdılar.


Bir müddət əsrarəngiz kəlləni unudulur, ancaq tədqiqatına qayıtdıqdan sonra qədim insanların texnologiyaları, o cümlədən odlu silahlarla bağlı versiya ortaya çıxır. Alimlər tapılmış digər kəlllələrdə ox və nizə izi kimi ehtimal olunan izləri araşdırdılar və iş ondadır ki, onların hər birində radial çatlar var ki, bu, "Rodeziya kəllə"sində yoxdur. Rene Norberg adlı sirli tapıntının tədqiqatçılarından biri bunları bildirib:


"... oxşar xüsusiyyət güclü bir tüfənglə vurulduqdan sonra başından yara alan müasir insanlarda müşahidə olunur. Rodeziya kəlləsindəki sirli xüsusiyyətlər antik dövrdə bəzi inkişaf etmiş texnologiyanın sübutu ola bilərmi? Bəli, onda 200000 ilə 250000 il əvvəl Yer kürəsini kim xaraba qoyub?”


Bununla belə, müzakirəyə qatılan skeptiklər hesab edir ki, bu kəşf psevdo elmlə əlaqəlidir, buna görə də onu öyrənməyə vaxt itirməyə dəyməz. Ancaq bir saniyə belə 250-300 min il əvvəl odlu silahların olma ehtimalını etiraf etsək, onda bu texnologiyalar necə yoxa çıxıb? Yoxsa burada kiminsə ov yeri var imiş? Və Rodeziya kəlləsi vəhşi kainat səhrasında bir növ yadplanetli səyyah olmasının sübutudur?

 

Alpər