Foto 23:24 30.06.2019

31,5 min dollarlıq evlilik təklifi (FOTOLAR)

Çen Minq adlı şəxs sevgilisinin ad günündə 25 ədəd "İphone X" alıb. 

Qaynarinfo xəbər verir ki, Çen Minq 25 ədəd "iPhone X" smartfonunu sifariş edib. Üstəlik sözügedən şəxs həmin telefonları "İphone X" rəsmi satışa çıxmazdan əvvəl sifariş verib. O, bu telefonları ürək formasında düzərək mərkəzinə üzük qoyub və sevgilisinə evlilik təklif edib. 

Qeyd edək ki, qızın 25 yaşı var və onun adı Leedir. Surprizin məhz "İphone" telefonları ilə hazırlanmasının səbəbi isə Çen Minqin iOS əməliyyat sistemi üçün mobil oyunlar hazırlamasıdır. Cütlüyün tanış olması da məhz oyun sayəsində olub. 

Vurğulayaq ki, bu evlilik təklifi Minqə 31.5 min dollara başa gəlib. "iPhone X"dən hazırlanmış ürək Çinin sosial şəbəkələrində yayılaraq viral xarakterli olub.