Amerikalı müğənni Ledi Qaqa Olimpiya Oyunları zamanı Fransanın baş naziri ilə söhbəti zamanı sevgilisi, iş adamı Maykl Polanski ilə nişanlandığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, cütlük 4 ildir birlikdədir və yalnız indi münasibətlərini rəsmiləşdirməyə qərar veriblər.
Bu evlilik sənətçi üçün ilk olacaq. İndiyədək Qaqanın bir neçə ciddi münasibəti olub, amma sevgililəri ilə münasibətlərini heç vaxt rəsmiləşdirməyib.
Məsələn, 14 fevral 2015-ci ildə Sevgililər Günündə Ledi Qaqa 2011-ci ildə klip çəkilişində tanış olduğu keçmiş sevgilisi, 33 yaşlı aktyor Teylor Kinninin evlilik təklifini qəbul etmişdi. Hətta cütlük toy etməyə hazırlaşırdı. Lakin 2016-cı ilin iyulunda onlar ayrılmışdılar.
2017-ci ilin fevralında Ledi Qaqanın agenti Kristian Karino ilə münasibəti məlum olub. 2017-ci ilin yayında cütlük nişanlanıb, lakin müğənninin səhhətinin pisləşməsi, eləcə də sıx qastrol proqramı səbəbindən toya hazırlıq təxirə salınıb. Nişan 2019-cu ilin fevralında Oskar mərasimi ərəfəsində pozulub.
Aydın
Şərhlər