4 ildir yeni tikiliyə köçüblər, həyətlərində hələ də qazıntı aparılır (VİDEO)
Bina tikilib, sakinlər köçürülüb, amma iş hələ bitməyib...
Kadrlar paytaxtın Xətai rayonu, Cavaşir 32a ünvanında yerləşən olympus mtk-nin tikdiyi yeni tikililərəndir. Bina sakinlərinin iddialarına görə, 2022-ci ildə təhvil veriləcəyi deyilən binanın həyətində hələ də qazıntı işləri aparılır. Bu da sakinlərin haqlı narazılığna səbəb olur.
Sakinlər deyirlər ki, həyətdə uşaqlar üçün əyləncə, sakinlər üçün istirahət yerinin olmasını onlar da istəyirlər. Lakin, işlərin ləngiməsi sakinlərin səbrini daşırır.
Məsələ ilə bağlı gün ərzində sözügedən tikinti şirkəti ilə dəfələrlə əlaqə saxlamağa çalışılsa da, zənglərə cavab verilməyib.
Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşəndən sonra problemləri tezliklə həll olunacaq.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər