Ölkə 14:19 09.08.2019

4 minə yaxın şəxs universitetə imtahansız qəbul olub

2019-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul müsabiqəsində 4 minə yaxın subbakalavr imtahansız qəbul alıb. 

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov yayıb. O bildirib ki, 586 kollec məzunu dövlət sifarişi ilə təhsil almaq hüququ qazanıb:

"Müsabiqədə ümumilikdə 58 258 nəfər iştirak edib. Onlardan 42 062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17 820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24 242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib”.

Bundan başqa, bu il ən çox boş qalan plan yeri 2-ci ixtisas qrupunda müşahidə olunur: I qrup üzrə 2459 yer, II qrup üzrə 2542 yer, III qrup üzrə 142 yer, IV qrup üzrə 354 yer, V qrup üzrə isə 288 plan yeri boş qalıb.

Ümumilikdə, 5785 plan yeri boş qalıb.