Xəbər lenti

4 nəfərlik ailəyə nə qədər pul lazımdır?
Ekonomiks 20:36 03.12.2024

4 nəfərlik ailəyə nə qədər pul lazımdır?

Ölkədə maaşlar bölgələr üzrə kəskin fərqlənir.


Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, son məlumata görə, Xankəndidə orta aylıq əməkhaqqı 1 771, Bakıda 1 258 manat olsa da, Qaxda bu göstərici 532 manatdır.


Bununla belə, 2024-cü ildə yaşayış minimumu ölkə üzrə 270 manatdır.


Bu göstəriciyə əsasən, minimum yaşayış səviyyəsi üçün ay ərzində əməkqabiliyyətli şəxslərə 287, uşaqlara 235, dörd nəfərdən ibarət ailə üçün isə minimum 1 044 manat pul lazımdır.


İqtisadçı Rəşad Həsənov bildirib ki, hökumətin əsas hədəflərindən biri minimum əməkhaqqı səviyyəsinin orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması istiqamətində idi:


"Bu da təxminən hazırkı dövr üçün 600-650 manat olması anlamına gəlirdi. Amma hələlik bu göstəriciyə nail olmaq mümkün olmayıb".


Ekspert, həmçinin yaşayış minimumu göstəricisinin müəyyən olunmasında nöqsanlar olduğunu deyir. O hesab edir ki, bu göstərici əməkqabiliyyətli əhali üçün 400-450 manatdır. Lakin rəsmi göstəriciyə əsaslandıqda belə ölkədə minimum əməkhaqqı 600 manat təşkil etməlidir.


Qeyd edək ki, hazırda minimum əməkhaqqı 345 manatdır. 2025-ci ildə isə bu rəqəmin 400 manata çatdırılması nəzərdə tutulur.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->