Xəbər lenti

45 trilyon dollarlıq oğurluq
Dünya 09:15 18.12.2018

45 trilyon dollarlıq oğurluq

İngiltərənin 1765-1938-ci illərdə Hindistandan təxminən 45 trilyon dollar oğurladığı üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə hindistanlı iqtisadçı Utsa Patnaik araşdırma aparıb. Araşdırmaya görə oğurluq Ost-Hind Şirkəti üzərindən vergi və ticarət yolu ilə həyata keçirilib.

1765-ci ilə qədər Hindistandan alış-verişi əsasən gümüş pulla edən İngiltərə sözügedən şirkət vasitəsilə tacirlərdən vergi toplayıb və həmin verginin 1/3 hissəsi ilə də onlardan mal alıb.

Vergini toplayan şəxslərlə mal alan şəxslərin fərqli olması səbəbindən Hindistan əhalisi bunu anlamayıb. Öz cibindən xərcləmədən yığılan vergi hesabına edilən alış-verişlə şirkət 44,6 trilyon dollar qazanıb.

Hindistanın İngiltərə müstəmləkəsi olduğu dövrə (1858-1947) aid hesabların bu rəqəmlərə daxil olmadığı xüsusilə qeyd edilib.

1847-ci ildə Britaniya Hindistanın idarəçiliyini əlinə aldıqdan sonra hind tacirləri öz məhsullarını istədikləri ölkələrə ixrac etmə azadlığına sahib olublar. Bununla da Ost-Hind Şirkətinin pul oyunu pozulub, lakin İngiltərə ixrac edilən məhsulların ödənişlərinin Londonda həyata keçirilməsinə nail olub.

Çünki o dövrdə Hindistandan mal almaq istəyən hər kəs bunu yalnız xüsusi bələdiyyə imtiyazlarından istifadə etməklə gerçəkləşdirə bilərdi. Bu imtiyaz vərəqələrini də ancaq Londondan gümüş və ya qızıl pul qarşılığında almaq olurdu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->