XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

5 manatlıq şirkətin 1 milyon borcu var
Ekonomiks12:28 06.10.2025

5 manatlıq şirkətin 1 milyon borcu var

"Naviqator Mobil Servises" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu bir milyon manata yaxınlaşıb. 
Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 973691.96 AZN vergi borcu yaranıb. 
Bakı şəhəri Yasamal Rayonu, Talıblı küçəsi, ev 3, mənzil 23-də qeydiyyata alınan "Naviqator Mobil Servises"in qanuni təmsilçisi Hacıyeva Cəmilə Həsən qızıdır. 24.12.2010-cu ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 5 manatdır.
Aydın