6-8 iyunda 4 şəhər və bir rayonda sərt karantin rejimi tətbiq olunacaq

6-8 iyunda 4 şəhər və bir rayonda sərt karantin rejimi tətbiq olunacaq

Aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Qaynarinfo-nun məlumatına görə, Baş nazir Əli Əsədov vətəndaşlara müraciətində bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. 

Baş nazir deyib ki, qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

"Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”, - deyə Ə. Əsədov qeyd edib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR