XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

700 bal toplayan Samirlə Burlaxatun bu universitetlərdə oxuyacaq
Ölkə17:46 25.08.2026

700 bal toplayan Samirlə Burlaxatun bu universitetlərdə oxuyacaq

Qəbul imtahanında 700 bal yığan Samir Tibb Universitetinə qəbul olub.

Qaynarinfo AzEdu.az-a istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə ixtisas seçiminin IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə təhsilini Azərbaycan Tibb Universitetində (ATU) Tibb (tədris ingilis dilində) ixtisası üzrə davam etdirəcək.

Qəbul imtahanında 700 bal yığan Məcidli Burlaxatun isə ADA Universitetində memarlıq ixtisası üzrə təhsil alacaq.

Qeyd edək ki, Burlaxatunun əkiz bacısı Banuçiçək Məcidlidə 624,3 bal toplamışdı. Nəhayət, o da ADA Universitetinin hüquq ixtisasında təhsilini davam etdirəcək.