Ölkə 20:31 25.09.2021

7058 nikah - Bu il ən çox nikahın qeydə alındığı ay

2021-ci il başlayandan ölkə üzrə ən çox nikah iyul ayında bağlanıb.

Bu barədə Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30.290 nikah dövlət qeydiyyatına alınıb. Nikahların 7058-i iyul ayının payına düşüb.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa bu il iyulun 1-dən götürülüb.

Toylarda 150 nəfərədək qonağın iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə verilir.