Dünya 10:35 02.02.2018

Qasırğa 950 mədən işçisini köməksiz qoydu

Cənubi Afrika Respublikasında qızıl mədənində 955 işçi mədəndən çıxa bilmir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Beatrix" mədənində qasırğa səbəbilə işıq kəsilib və işçilər ərazini tərk edə bilmir. "Sibanye-Stillwater" şirkətinin sözçüsü Ceyms Velsted bildirib ki, elektrik problemi həllini tapan kimi mədəndən çıxmaq mümkün olacaq.

Qeyd edək ki, mədənçilərin həyatı üçün təhlükə yoxdur və onları qida və su ilə təmin etmək mümkündür.
 
Son məlumata əsasən, mədənçiləri dərinliyi 1000 metrə çatan yerin altından çıxarmaq mümkün olub. 

Gülşən