Xəbər lenti

ABŞ süni intellektin inkişafı üçün enerji təminatının artırılması planlaşdırır
Texnologiya 01:02 28.06.2025

ABŞ süni intellektin inkişafı üçün enerji təminatının artırılması planlaşdırır

Vaşinqton administrasiyası süni intellektin (Al) inkişafını təmin etmək məqsədilə ölkədə enerji təminatını artırmağa yönəlmiş bir sıra icra sərəncamları üzərində işləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi administrasiyaya yaxın dörd mənbəyə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tramp administrasiyası Al texnologiyalarının genişlənməsi üçün lazım olan enerji infrastrukturunun gücləndirilməsi məqsədilə yeni tədbirlər paketi hazırlayır.

Agentliyin əldə etdiyi məlumata əsasən, proqram çərçivəsində yeni enerji bloklarının elektrik şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, federal torpaqların yeni məlumat mərkəzlərinin (data-center) tikintisi üçün ayrılması planlaşdırılır.

Təşəbbüsə diqqət çəkmək üçün administrasiya bir sıra ictimai tədbirlər keçirməyi planlaşdırır. Artıq 23 iyulda Al sahəsində genişləndirmə üzrə fəaliyyət planı ictimaiyyətə təqdim ediləcək.

Qeyd olunur ki, bu təşəbbüs ABŞ-da süni intellektin iqtisadi və hərbi sahələrdə üstünlüyünü möhkəmləndirmək üçün vacib addım kimi qiymətləndirilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->