Dünya 12:38 25.09.2020

AB Ukraynaya görə Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər

Rusiyaya qarşı fərdi sanksiyaların yeni siyahısı 28 sentyabrda AB-yə üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasında razılaşdırıla bilər.

Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, sanksiyalar "Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması" ittihamlarına aiddir.

Mövcud tədbirlər çərçivəsində yeni siyahılardakı maddənin iclasın gündəliyində "mümkün" olaraq göstərildiyi qeyd edilir, lakin təsdiqlənib-təsdiqlənməyəcəyi hələ məlum deyil.

Eyni zamanda, yeni siyahını təsdiqləmək üçün yazılı bir prosedura başlamaq mümkündür.
 
Alpər