Abbas Lisani ölüm aclığına başladı

Abbas Lisani ölüm aclığına başladı

Abbas Lisaniyə dəstək məqsədilə siyasi məhbus Yusif Karinin aclıq aksiyasına əl atmasından sonra Ərdəbil həbsxanasında saxlanılan daha üç güneyli siyasi məhbus aclığa başlayacaqları barədə məlumat verib.

Qaynarinfo Gunaz tv-ə isinadən xəbər verir ki, Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi iyunun 12-si axşam saatlarında yaxınları ilə telefon əlaqəsi zamanı Abbas Lisaninin irəli sürdüyü tələbləri dəstəklədirklərini bildiriblər.

Onlar Abbas bəyə dəstək və onunla həmrəylik məqsədilə bu gün iyunun 13-ü səhər saatlarından aclıq aksiyasına qoşulacaqlarını deyibllər.Onlar Abbas Lisaninin aclıq aksiyasını davam etdirdiyi müddətcə onu yalnız buraxmayacaqlarını vurğulayıblar.
Bununla yanaşı iyunun 12-si səhər saatlarından eyni istəklərlə aclıq aksiyasına əl atan Yusif Kari bu gündən quru aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Abbas Lisani iyunun 12-i səhər tezdən aclıq aksiyasına əl atıb və bu gündən etibarən quru aclıq aksiyasına başlayacağını bildirib.

O, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq aksiyaya başlayıb. Lisani belə məhkumların siyasi məhbusların saxlanıldığı bölmələrə köçürülmələrinin dayandırılmasını tələb edir.

Bu ilin yanvar ayında Yusif Kari məhkumluq növlərinə görə məhbusların saxlanılma bölmələrinin ayrılmaması və həbsxana məsullarının təzyiqlərinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Abbas Lisani başda olmaqla Ərdəbil və Tehran həbsxanalarında saxlanılan 7 güney azərbaycanlı siyasi məhbus ona qoşulmuşdular.

8 gün davam edən bu aksiya güneyli siyasi məhbusların birliyi nəticəsində Yusif Karinin istəklərinin yerinə yetirilməsi və həbsxana məsullarının geri oturması ilə nəticələnib.

X
XƏBƏRLƏR
BLOGLAR