Ölkə 17:23 16.11.2018

Abel Məhərrəmov YAP Siyasi Şurası və İdarə Heyəti üzvlüyündən çıxarılır? (AÇIQLAMA)

Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad olunan akademik Abel Məhərrəmovun hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və İdarə Heyəti üzvlüyündən də çıxarılması gözlənilir. 

Demokrat.Az-ın mötəbər mənbədən əledə etdiyi məlumata görə, bu məsələ ilə bağlı yaxın vaxtlarda YAP-ın müvafiq iclası keçirilə bilər. 

Məsələni dəqiqləşdirmək üçün YAP-ın mətbuat katibi Hüseyn Paşayevlə əlaqə saxladıq. O, bu barədə heç bir məlumata malik olmadığını söylədi:

"Bu barədə heç bir məlumatım yoxdur".