Xəbər lenti

Dünya 13:33 06.09.2017

ABŞ-a aid gizli bölgənin fotoları yayıldı (FOTOLAR)

ABŞ-a aid gizli "51-ci bölgə" adlı yerin yaxından çəkilmiş fotoları yayılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Youtube"da "UFO Seekers"(Yadplanetli axtaranlar) adlı kanal Nevada çölündə yerləşən bölgənin görüntülərini paylaşıb. Tim və Treysi Doyl adlı şəxslər görüntüləri əldə etmək üçün 2,5 km məsafə qət edərək Tikaboo təpəsinə dırmaşıb və 40 km məsafədə yerləşən 51-ci bölgəni çəkiblər. Şəkillərdə çox sayda nəqliyyat vasitəsinin ərazidə olduğu görünür.

Qeyd edək ki, yadplanetlilərin mövcudluğuna və onların dünyanı ziyarət etdiyinə inananlar 51-ci bölgədə yadplanetli bədənlərinin saxlanıldığını iddia edirlər.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->