Xəbər lenti

Sevgilisinə görə 24 saatda 1 milyondan çox abunəçisini itirdi (FOTO)
Maqazin 20:46 01.05.2024

Sevgilisinə görə 24 saatda 1 milyondan çox abunəçisini itirdi (FOTO)

Müğənni Selena Qomes sevgilisi Benni Blankoya görə bir gündə bir milyondan çox abunəçisini itirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Selena Qomes və Benni Blankonun ortaq fotolarının yer aldığı paylaşımın dərcindən bir gün sonra müğənninin abunəçilərinin sayı 429-dan 428 milyona qədər azalıb. İstifadəçilər şərhlərdə cütlüyü və prodüserin xarici görünüşünü bəyənmədiklərini yazıblar.

2023-cü ilin dekabrında Selena Qomes musiqi prodüseri Benni Blanko ilə görüşdüyünü təsdiqləyib. Məşhur sosial şəbəkədə yeni sevgilisi ilə birgə fotolarını yayımlayıb. Fotolardan birində Blanko sənətçinin dodaqlarından öpür. 

Ulduzlar bir-birlərini çoxdan tanıyırlar. 2021-ci ildə Selena Qomes və Benni Blanko "I Can't Get Enough" mahnısı üzərində əməkdaşlıq ediblər. Yanvar ayında müğənni ilk dəfə sevgilisi ilə görünüb. Sevgililər "Emmy" mükafatlandırma mərasiminə birlikdə qatılıblar.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->