Dünya 15:10 26.12.2017

ABŞ BMT-nin pulunu kəsdi

ABŞ-ın BMT-dəki daimi təmsilçisi Niki Heyli 2018-2019-cu maliyyə ilində təşkilat üçün ayrılacaq məbləğdə dəyişiklik ediləcəyini açıqlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, növbəti il ərzində ABŞ BMT üçün 285 milyon dollar az pul ayıracaq. Qərara baxmayaraq, 5,4 milyard dollarlıq büdcənin 3,3 milyard dollarını ABŞ ödəyir və təşkilata ən çox pul yatıran ölkə statusunu qoruyacaq. 

Heyli qərarın doğru addım olduğunu bildirərək "BMT-nin təsirsizliyi və çoxlu pul xərcləməsi hamıya məlumdur. Bundan sonra ABŞ xalqının səxavətinin istismarına və məsələnin nəzarətsiz qalmasına icazə verməyəcəyik" açıqlamasını verib.

Qeyd edək ki, ayın əvvəlində ABŞ prezidenti Donald Tramp Fələstin və İsrail arasında mübahisəli bölgə olan Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqladı. BMT ölkələri ötən günlərdə qərarı etibarsız elan edib.

Gülşən