Dünya 16:29 04.04.2020

ABŞ bu dəfə də Almaniyanın sifariş etdiyi maskalara əl qoydu

Almaniyanın Çindən pulunu əvvəldən ödəməklə sifariş etdiyi 200 min maskaya ABŞ-ın əl qoyduğu iddia edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlama verən Berlin əyalətinin daxili işlər naziri Andreas Qeisel sifariş olunan maskaların yarısının ünvana çatmadığını deyib. Bunu quldurluğun müasir forması hesab etdiklərini deyən nazir Atlantik okeanının o tayındakı müttəfiqləri ilə bu şəkildə başa çıxa bilmədiklərini ifadə edib. 

Alman hökuməti sifarişi Çində fəaliyyət göstərən amerika şirkətinə həvalə edib. Lakin Banqkokdan qalxmalı olan malların yarısına ABŞ hökumətinin ixrac qadağası səbəbindən əl qoyulub.

Ağ Evdən isə sözügedən iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.

Qeyd edək ki, aha əvvəl Kanada və Fransa da ABŞ-ı bənzər formada ittiham etmişdi.

Camal