Dünya 09:40 16.01.2021

ABŞ bu metalların İrana verilməsini yasaqladı

ABŞ bəzi metalların İrana aparılmasına qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, bu məqsədlə 15 növ metaldan ibarət siyahı tərtib edilib. 

Bunlar alüminium, polad, silikat və zirkonyum karbidin müxtəlif ərintiləridir. Amerikalı mütəxəssislərin fikrincə, məhz bu maddələr İranın nüvə və hərbi proqramlarını uğurla mənimsəməsinə kömək edir.

Bundan əlavə, inşaat sektoru üçün materialların aparılması sanksiyalar altında qalır. Çünki Amerika diplomatlarına görə, bu sahəyə İslam İnqilabı Keşikçiləri Korpusu nəzarət edir. Nüvə proqramı üzərində təcrübələr üçün bir meydança qururlar.
 
Alpər