Video 09:39 07.12.2019

ABŞ-da hərbi bazaya silahlı hücum: 3 ölü, 8 yaralı (VİDEO)

ABŞ-ın Florida ştatında donanmaya aid bazaya silahlı hücum olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hücumu təşkil edən şəxs öldürülüb. Hadisədən sonra Səudiyyə Ərəbistanı vətəndaşı olan 6 nəfər saxlanılaraq, dindirilib. Bazaya giriş-çıxış bağlanılıb.

Hadisənin səbəbi və hücumu törədən şəxsin kimliyi hələlik açıqlanmayıb. Lakin onun təlim keçən səudiyyəlilərdən biri olduğu bildirilir. Qeyd olunur ki, bazada 16 mindən çox əsgər, 7400 isə mülki şəxs xidmət aparır. 

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı açıqlama verərəkən, Səudiyyə kralı ilə bu məsələni telefonda müzakirə etdiyini deyib.

"Kral Salman ibn Əbdüləziz əl-Səud sözügedən şəxsin hücumuna görə Səudiyyə xalqının çox qəzəbləndiyini söylədi və bu adamın heç bir şəkildə Amerika xalqına sevgi bəsləyən səudiyyəlilərin hislərini əks etdirmədiyini bildirdi", - Tramp qeyd edib.
 
Camal