Dünya 13:12 08.03.2018

ABŞ-da həyat iflic oldu: 3046 reys ləğv edildi

ABŞ-da baş verən güclü qar fırtınası səbəbindən Nyu-York, Nyu-Cersi, Massaçuets, Pensilvaniya və Konnektikut əyalətlərində həyat iflic olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bəzi şəhərlərdə pis hava şəraiti ilə əlaqədar məktəblər tətilə bağlanıb. Nyu-Cersi və Pensilvaniyada fövqəladə vəziyyət elan edilib. Saatda 145 kilometr sürətlə əsən fırtına səbəbindən çoxlu sayda ağac aşıb, elektrik verilməsi dayandırılıb, şəhərlər qaranlığa qərq olub, yüz minlərlə insan soyuqda qalıb. 3046 reys ləğv edilib, 9356 reysdə isə gecikmə olub.

Nyu-Yorkun White Plains səmtində isə elektrik olmaması səbəbindən generatorlardan istifadə edən 10 nəfər dəm qazından zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.