Dünya 17:04 31.01.2019

ABŞ-da iki erməni məktəbinə türk bayrağı asıldı

ABŞ-ın Los-Anceles şəhərində maskalı bir şəxs iki erməni məktəbinə Türkiyə bayrağı asıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı səhər saatlarında baş verib. Qara maska taxmış bir nəfər bayraqları Farrahyan və Mankukyan-Dəmirçiyan məktəblərinə asıb. 

Faktla bağlı cinayət işi açılıb. Polis həmin şəxsi axtarır.