Dünya 17:10 15.01.2022

ABŞ-da kimyəvi maddələr anbarında yanğın baş verdi

Nyu-Cersi ştatının Passaic şəhərində kimyəvi anbarda yanğın baş verib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Üçmərtəbəli binada yanğın yerli vaxtla saat 20:30-da (Moskva vaxtı ilə 4:30) başlayıb.
 
Hələlik ölən və yaralananlar barədə heç bir məlumat verilmir.

Şəhərin meri Hektor Lora sakinlərdən evlərinin pəncərələrini bağlamağı və küçəyə çıxmamağı xahiş edib.
 
Xəyal