Xəbər lenti

Dünya 21:41 16.10.2021

ABŞ-da silahlı insident - 1 polis əməkdaşı öldü, 2-si yaralandı

ABŞ-ın Texas ştatında cinayətkarlarla polis arasında silahlı insident baş verib.

Qaynarinfo Unikal.org-a istinadla xəbər verir ki, hadisə ştatın Hyuston şəhərində qeydə alınıb.

Atışma nəticəsində 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb.

Şəhər polis idarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, yəqin ki, barlardan birinin yaxınlığında küçə soyğunçularını həbs etmək istəyib: "Polislər şübhəli şəxsi tutmağa və ya saxlamağa çalışıblar. Bu zaman digər şəxs polisə arxadan yaxınlaşaraq silahdan bir neçə atəş açıb”.

Yaralılar xəstəxanaya yerləşdirilib. Silahlı şəxsin axtarışları davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->