Foto 12:12 23.02.2023

Təranə Heybətova fəxri diplomla təltif olundu (FOTOLAR)

Həkim-endokrinoloq, iş xanımı Təranə Heybətova (Rita Rish) təltif olunub.

Qaynsarinfo xəbər verir ki, o, İmzafm.az online radiosunun 10 illik yubileyi münasibətilə fəxri diplomla təltif olunub.

"Başda Aqil bəy olmaqla bütün kollektivi təbrik edirəm. 10 il müddətində xidmətləriniz sayəsində dinləyici sayınız hər daim artır. Bundan sonrakı fəaliyyətinizdə bol uğur arzu edirəm", - deyə iş xanımı çıxışında bildirib. 

Qeyd edək ki, İmzafm.az online radiosu ümummilli lider Heydər Əliyevin doğum günü və 90 illik yubileyinə həsr olunub.