Dünyanın ən dar şəhərində, eni ən dar hissəsində cəmi 30 metr olan ərazidə 400 minə yaxın insan yaşayır. Coğrafi məhdudiyyətlərin yaratdığı problemi həll etmək üçün şəhərdə daha çox şaquli binalar inşa edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Newsweek” yazır.
Söhbət Çinin Yunnan əyalətində iki dağ arasında yerləşən dar vadidə salınmış Yançzin şəhərindən gedir. Şəhərin eni bəzi hissələrdə cəmi 30 metrə çatır.
“Yançzin iki son dərəcə sıldırım dağın arasında yerləşir və onun ən dar hissəsinin eni cəmi 30 metrdir. Hətta ən geniş yerində belə şəhərin eni yalnız 300 metrə çatır”, – materialda qeyd olunur.

Şəhərin şaquli memarlığı
Şəhər maraqlı şaquli memarlığı və daşqınlardan qorunmaq üçün inşa edilmiş hündür, dar binaları ilə seçilir.
“Yaradıcılıqla mövcud məkandan maksimum səmərəli istifadə etmək üçün şəhərin qurucuları hər şeyi şaquli istiqamətdə inşa etməyə qərar veriblər. Binalar həm yerə qənaət etmək, həm də onları daşqınlardan qorumaq üçün hündür dayaqlar üzərində yerləşdirilib. Buna görə də şəhər olduqca kompakt görünür”, – “Newsweek” yazır.
Coğrafi məhdudiyyətlərə baxmayaraq, Yançzin demək olar ki, yarım milyon insanın yaşadığı şəhərdir.
Aydın
Şərhlər