Xəbər lenti

Cəlilabadda zəncirvari qəza - Yaralılar var
Ölkə19:00 20.09.2026

Cəlilabadda zəncirvari qəza - Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadda ağır yol qəzası baş verib.

Qaynarinfo “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, “VAZ-21099” və “Toyota Prius” markalı minik avtomobilləri toquşub.

Daha sonra zərbənin təsirindən “Toyota Prius” “VAZ-2107” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1960-cı il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyevdir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın təfərrüatları ilə bağlı araşdırma aparılır.