XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Salyanda qəza - Ana və 2 azyaşlı övladı yaralandı
Ölkə19:49 20.09.2026

Salyanda qəza - Ana və 2 azyaşlı övladı yaralandı

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı, onun övladları, 2025-ci il təvəllüdlü oğlu və 2026-cı il təvəllüdlü qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.